Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı "ACWA Power" şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi və bu sahədə yaxşı potensialın olduğu bildirilib.
BAKI, 3 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı "ACWA Power" şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0