SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda görüşməsi gözlənilir - XİN rəsmisi

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Ararat Mirzoyan
Ceyhun Bayramov və Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Qazaxıstanda XİN rəhbərlərinin nəzərdə tutulan görüşü ilə bağlı konkret vaxtı açıqlamayıb.
BAKI, 29 aprel — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O əlavə edib ki, görüş Almatıda baş tutacaq.
Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Sputnik Azərbaycan-a nəzərdə tutulan görüşlə bağlı məlumatı təsdiqləyib, ancaq görüşün zamanı ilə bağlı konkret vaxt açıqlamayıb.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Xəbər lenti
0