Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: İran prezidenti və XİN rəhbəri Rusiyanın əsl və etibarlı dostları idi

© Sputnik / Алексей ФилипповSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Lavrov qeyd edib ki, Rəisini, İran XİN-in rəhbərini və onları müşayiət edən şəxsləri ölkənin əsl vətənpərvər qüvvələri kimi daim xatırlayacaqlar.
BAKI, 20 may - Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İran prezidenti, xarici işlər naziri və və digər rəsmi şəxslərin ölümü ilə bağlı başsağlığı verib.
"Prezident Rəisinin və İran Xarici İşlər Nazirliyinin rəhbərinin faciəvi ölümü xəbərinə dərindən sarsıldıq. Biz daim Rəisini, İran XİN-in rəhbərini və onları müşayiət edən şəxsləri ölkənin əsl vətənpərvər qüvvələri kimi xatırlayacağıq" - Lavrov bildirib.
O əlavə edib ki, İran prezidenti və XİN rəhbərini Rusiyanın əsl və etibarlı dostları kimi tanıyırdılar.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Xəbər lenti
0