DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tədqiqatçı ömrü uzadan iki məhsulun adını açıqlayıb

© iStock.com / kate_sept2004Yaşlı insanlar, arxiv
Yaşlı insanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 18.05.2024
Abunə olmaq
Həkim həmçinin əlavə edib ki, qoz ürək-damar xəstəliklərinin inkişaf ehtimalını azaldan bir neçə turşuların yüksək tərkibi ilə zəngindir.
BAKI, 18 may — Sputnik. Gündəlik olaraq qara lobyanı və qozu yemək ürək və şəkərli diabet xəstəliklərinin inkişaf riskini azaltmaqla ömrü uzada bilər. Bunu uzunömürlülük üzrə amerikalı tədqiqatçı Den Byuttner İngiltərənin “Daily Mail” qəzetinə deyib.
Byuttner qeyd edib ki, qara lobya və qoz uzunömürlü insanların yaşadığı dünyanın bir neçə kiçik bölgəsinin - "mavi zonalar" adlanan sakinlərinin gündəlik qida rasionuna daxildir.
Həkim bildirib ki, bu qidalar bağırsaqlarda və bütövlükdə orqanizmdə iltihabı azaltmağa kömək edən liflə zəngindir. Bundan əlavə, bu məhsullar aclığı azaldan və şəkərli diabet riskini artırmağa gətirib çıxaran həddindən artıq yeməyin qarşısını almağa kömək edən zülalla doludur.

“Bu qidalar iltihabı, ürək xəstəliyi və xərçəng riskini azalda, iştahı idarə etməyə kömək və uzunömürlülüyü təşviq edə bilər”, - Byuttner vurğulayıb.

Tədqiqatçı həmçinin əlavə edib ki, qoz ürək-damar xəstəliklərinin inkişaf ehtimalını azaldan linoleik turşu və Omeqa-3 yağ turşularının yüksək tərkibi ilə zəngindir.
“Hər gün az miqdarda lobya və qoz yümək arıqlamağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər”, - həkim fikrini tamamlayıb.
Həkim Den Byuttner həmçinin bildirib edib ki, Yaponiya, İsveç və Yunanıstanda ən uzunömürlü insanlar çoxlu qara lobya və qoz yeyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0