Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur

© Sputnik / Григорий СысоевRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, BRİKS və ŞƏT yaranmaqda olan çoxqütblü dünyanın əsas sütunlarıdır.
BAKI, 17 may — Sputnik. Şübhə yoxdur ki, dünya, getdikcə çoxqütblü olur və bunu hər kəs dərk edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz formalaşmaqda olan çoxqütblü dünyanı gücləndirməliyik. Rusiya və Çin onun formalaşmasını dəstəkləməkdə qərarlıdırlar, lakin müasir dünyada kompromislər axtarmaq lazımdır" - Rusiya Federasiyası Dövlət başçısı qeyd edib.
"Bütün məsələlərdə qərar qəbul etməkdə inhisarını qorumağa çalışanların bu vəziyyətdə onlardan asılı olduğunu başa düşmələri vacibdir ki, bu proses dinc, münaqişəsiz olsun, hamımız qarşımızda duran kifayət qədər mürəkkəb qərarların kompromislərini axtaraq" - Putin əlavə edib.
Qeyd edək ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin birgə bəyanat imzalayıblar. Sənəddə bildirilir ki, Moskva və Pekin ədalətli çoxqütblü dünya qurmaq üçün birgə səy göstərmək niyyətindədirlər.
Həmçinin bir neçə gün əvvəl Putin qeyd edib ki, BRİKS və ŞƏT yaranmaqda olan çoxqütblü dünyanın əsas sütunlarıdır.
Xəbər lenti
0