Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda beynəlxalq fintex sammiti keçirilir

© Photo : AZERTAGBakıda “Fintex Sammit 2024” sammiti
Bakıda “Fintex Sammit 2024” sammiti  - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçi, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçı sammitə qatılıb.
BAKI, 15 may — Sputnik. Bakıda "Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, fintex və təhlükəsizlik" mövzusunda fintex sammiti öz işinə başlayıb.
Sammit Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.
Sammit bütün maraqlı tərəflərin bir araya gələrək yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu bir platforma olaraq özünü sübut edib.
Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçi, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçı sammitə qatılıb.
Maliyyə və texnologiya sammiti maliyyə texnologiyaları, rəqəmsallaşdırma, ödəniş ekosistemləri sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır.
Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov çıxış edərək deyib ki, son bir ildə maliyyə xidmətlərində yenilənmiş hüquqi çərçivə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi sürətləndirib. Bunu rəqəmsal bankçılıq üzrə əməliyyatların həcmində də görmək mümkündür.

“Cari ilin birinci rübündə internet bankçılıq əməliyyatlarının həcmi 18% artaraq 59 milyardı ötüb. Mobil bankçılıq əməliyyatların həcmi iki dəfə artaraq 15 milyard manat təşkil edib. İlk rübdə cari hesablar üzrə aparılan müştəri köçürmələrinin say üzrə 93%-i, həcm üzrə isə 75%-i elektron bankçılıq vasitəsilə aparılıb” - Rəşad Orucov əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0