Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dənizin dibi ilə gedən elektrik xətləri - Avropa Xəzərin enerjisinə niyə ehtiyac duyur?

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDSualtı elektrik kabelin çəkilməsi
Sualtı elektrik kabelin çəkilməsi - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi daxil olmaqla, enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlığa razılaşıblar.
BAKI, 10 may — Sputnik. "Yaşıl enerji"nin Özbəkistan və Qazaxıstandan Azərbaycana tədarükü və oradan da Qara dənizin dibi ilə elektrik kabelləri vasitəsilə Avropaya ixrac edilməsi ideyası ötən ilin noyabrında Bakı, Astana və Daşkəndin bu layihənin həyata keçirilməsi ilə bağlı ilkin razılığı əldə etdikdən sonra reallaşmağa başlayıb.
Bununla yanaşı, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan artıq Xəzər regionundan Avropaya elektrik enerjisinin nəqli üçün infrastrukturun yaradılması üzərində işləyirlər - hazırkı mərhələdə layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) hazırlanır və cari ilin birinci yarısında həyata keçirilməsi gözlənilir.
Bu layihə çərçivəsində elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək, onun maliyyələşdirilməsi üçün isə Avropa Komissiyasının maliyyə qurumlarından layihəyə təxminən 2,3 milyard avro ayıracaq investisiyaların cəlb edilməsi planlaşdırılır.
Layihənin əsas məqsədi Mərkəzi Asiya ölkələrindən Azərbaycana elektrik enerjisinin tədarükü məsələsi olub və yeganə aşkar marşrut Xəzər dənizinin dibi ilə Qazaxıstan sahilindən Azərbaycan sahilinə elektrik xətlərinin çəkilməsi olub.
Bu layihədə də müəyyən addımlar atılmağa başlanıb - ötən həftə Azərbaycan, Qazaxıstan və Özbəkistan rəsmiləri enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlıq memorandumu imzalayıblar ki, bu da Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutur.
Təcrübə layihənin gəlirli olmasını göstərir
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Dünya Elektrik Enerjisi kafedrasının dosenti, iqtisad elmləri namizədi Alina Filippova hesab edir ki, layihə texniki baxımdan həyata keçirilə bilər.
"Hazırda dünyada dəniz dibi ilə kabel elektrik xətlərinin çəkilməsi üzrə kifayət qədər zəngin təcrübələr var – ilk layihələr XX əsrin əvvəllərində yaranıb", - Filippova Sputnik Azərbaycan-a deyib.
Onun sözlərinə görə, elektrik enerjisi itkiləri əsasən xəttin gərginliyindən asılı olacaq, yəni elektrik xəttinin gərginliyi nə qədər yüksək olsa, itkilər bir o qədər az olacaq.
© iStock.com / HarvepinoXəzər dənizi
Карта Центральной Азии - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Xəzər dənizi
Ekspert qeyd edib ki, dünyada və Rusiyada mövcud olan təcrübəni nəzərə alsaq, bu cür layihələr enerji təchizatının təşkilinin digər mümkün yolları ilə müqayisədə qənaətcildir.
Eyni zamanda, "Baydildinov. Neft" proqramının müəllifi və aparıcısı, Qazaxıstanın energetika nazirinin sabiq müşaviri Oljas Baydildinov layihənin reallaşmasına olduqca şübhə ilə yanaşır.

"Bu layihə haqqında vaxtaşırı danışırıq, ancaq dənizin dibindən elektrik enerjisinin bu cür nəqlinin mənasını başa düşmürəm. Bu layihə, özündə ekoloji və digər riskləri daşıyır", - Baydildinov bildirib.

Ekspert qeyd edib ki, Xəzərin dibi ilə elektrikötürücü xətlərinin çəkilməsi bahalı layihədir, elektrik enerjisinin uzaq məsafələrə daşınması isə böyük itkilərə səbəb olur. Bu isə öz növbəsində tədarük olunan elektrik enerjisinin bahalaşmasına gətirib çıxarır.
"Eyni zamanda, ən vacib məsələ elektrik enerjisinin haradan və hara daşınmasıdır. Xəzər regionunda istər Xəzər dənizinin o tərəfində, istərsə də digər tərəfində elektrik enerjisinin istehsalında profisitin (büdcə artıqlığı) olduğunu eşitməmişəm", - Qazaxıstanın energetika nazirinin sabiq müşaviri qeyd edib.
Eyni zamanda, Qazaxıstan, qərb enerji zonası da daxil olmaqla Rusiya Federasiyasından yüksək istehlakın 10%-ə qədərini idxal edir.
"Bu, çox aydın bir layihə deyil və hansısa perspektivləri öyrənmək üçün niyə vaxt və güc sərf etməyin lazım olduğunu anlamırıq. Bu elektrik enerjisinin hansı qiymətlərlə ixrac olunacağını başa düşmürəm. Qaz və ya hər hansı digər xammaldan istifadə edərək elektrik enerjisinin yerində istehlakını təmin etmək, onu su altından kilometrlərlə daşıyacaq xətlər qurmaqdan daha asandır", - ekspert fikrini yekunlaşdırıb.
Dənizin dibində enerji itkisi az olacaq?
Enerji itkisi enerji ötürülməsi prosesinin qaçılmaz hissəsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, beynəlxalq standartlara görə, elektrik şəbəkələrində elektrik enerjisinin ötürülməsi zamanı itkilər 4%-dən çox olmamalıdır.
© AFP 2023 / SAMIR ALIYEVXəzər dənizi
Вид на Каспийское море с бакинского бульвара, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Xəzər dənizi
Məsələn, ekspert qeyd edib ki, Rusiyanın 2035-ci ilə qədər Enerji Strategiyasının məqsədlərindən biri də belə göstəriciyə nail olmaqdır. Belə ki, bu gün Rusiyada elektrik enerjisinin ümumi itkiləri təxminən 10%-dir. 2020-ci ildə Rusiyada orta itkilər təxminən 10,25% təşkil edib. Şaban əlavə edib ki, hətta inkişaf etmiş ölkələrdə belə, nəql zamanı elektrik enerjisinin itkiləri adətən 5-7% təşkil edir.
"Orta statistikaya görə, bütün itkilərin təxminən 64%-i elektrikötürücü xətlərində baş verir. Bu itkilər cərəyan gücü ilə mütənasibdir, buna görə də elektrik enerjisini uzun məsafələrə ötürmək üçün cərəyanı azaltmaqla yüksək gərginlikdən istifadə edilir", - ekspert bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti əlavə edib ki, məhz yüksək itkilərə görə dünya elektrik enerjisinin ticarəti enerji resursları arasında sonuncu yeri tutur - istehsal olunan həcmlərin təxminən 3%-i. Müqayisə üçün qeyd edək ki, hasil edilən təbii qazın hər dördüncü kubmetri istehsalçılar tərəfindən ixrac edilir. Neft üzrə bu göstərici daha da çoxdur.
© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
"Yəni, dünya müxtəlif mənbələrdən elektrik enerjisi istehsal etməyə və orada istehlak etməyə və ya qonşu ölkələr arasında elektrik enerjisi mübadiləsi aparmağa öyrəşib", - Şaban qeyd edib.
"Lakin qeyd etdiyim kimi, enerjinin ötürülməsi zamanı elektrikötürücü xətlərində daha çox texniki itkilər baş verir. İtkilərə isə xətlərin izolyasiyası təsir edir və dənizin dibi ilə nəql zamanı bu, izolyasiyanın ən yüksək səviyyəsidir, yəni itkilər xeyli azalır", - ekspert bildirib.
Aİ-nin hələ də Xəzər dənizindən elektrik enerjisinə ehtiyacı var
Şabanın sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələri üçün elektrik enerjisinin, o cümlədən Xəzər dənizi və Xəzəryanı regionu ölkələrindən idxal edilməsi vacibdir.

"Avropa niyə birdən-birə elektrikötürücü xətti layihəsinə və uzaq ölkələrdən elektrik enerjisinin idxalına maraq göstərib? Bu, rəsmi Brüsselin yaşıl siyasəti ilə bağlıdır, hansı ki, 2040-cı ildən sonra mədən enerji resurslarından elektrik enerjisi istehsalı planlaşdırılmır. Artıq Aİ-nin 7 ölkəsi 2035-ci ildən sonra mazut, təbii qaz və kömürdən elektrik enerjisi istehsal etməməyə qərar verib", - Şaban izah edib.

Ekspert qeyd edib ki, Aİ-nin fikrincə elektrik enerjisini öz ərazisində istehsal etməkdənsə, onu idxal etmək daha yaxşıdır. Eyni zamanda, Avropa üçün öz elektrik enerjisini bərpa olunan enerji mənbələrindən əldə etmək daha sərfəlidir, lakin burada əsas problem odur ki, bu qurğularının quraşdırılması üçün nəhəng ərazilərə ehtiyac var.
Avropada isə, bildiyiniz kimi, ya boş ərazilər azdır, ya da torpaq çox bahalıdır, ona görə də elektrik enerjisinin idxalı kifayət qədər aktual məsələdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0