Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Marsı tərk etmiş sivilizasiyalar" məsələsində Maska etibar etmək olar - Borisov

© Handout / NASA / AFPMars
Mars - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
İlon Mask hesab edir ki, insanlar başqa planetlərdə məskunlaşmalıdırlar, çünki bir neçə ildən sonra Yer kürəsində həyat olmayacaq.
BAKI, 9 may — Sputnik. "Marsı tərk etmiş sivilizasiyaların izlərinə" gəldikdə İlon Maska etibar etmək lazımdır. Bunu "Roskosmos" dövlət korporasiyasının rəhbəri Yuri Borisov bildirib.
Maskın Los-Ancelesdəki konfransdakı çıxışını şərh edən Borisov, "Mask nüfuzlu insandır, yəqin ki, ona etibar etməlisiniz" deyib.
© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçid"Roskosmos" dövlət korporasiyasının rəhbəri Yuri Borisov
Заместитель председателя правительства РФ Юрий Борисов - Sputnik Azərbaycan, 1920, 09.05.2024
"Roskosmos" dövlət korporasiyasının rəhbəri Yuri Borisov
Daha əvvəl Mask, qalaktikanı müstəmləkəyə çevirmək üçün bəşər sivilizasiyasının, təxminən daha bir milyon il davam gətirməsi lazım olduğu fikrini bildirmişdi.
O, qeyd edib ki, qalaktikanın müstəmləkəyə çevrilməsi bəşəriyyətə yadplanetli sivilizasiyaların izlərini tapmağa kömək edə bilər.
Həmçinin bildirilib ki, Mask planeti uğurla koloniyalaşdırmaq üçün Marsa 1 milyona yaxın insan göndərmək niyyətindədir. O hesab edir ki, insanlar başqa planetlərdə məskunlaşmalıdırlar, çünki bir neçə ildən sonra Yer kürəsində həyat olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0