Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kakaonun kəskin ucuzlaşmasının səbəbi məlum olub

© AFP 2023 / RAFAEL MARTINSKakao dənəcikləri
Kakao dənəcikləri - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu-York birjasında bu məhsulun 1 tonunun qiyməti 11722 dollar olub.
BAKI, 9 may — Sputnik. May ayında kakao paxlasının qiymətində 30 faizə yaxın azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir.
Xarici KİV-lər xəbər verir ki, aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu-York birjasında bu məhsulun 1 tonunun qiyməti 11722 dollar idi.
Məlumata görə, bundan öncə beynəlxalq aktorlardan biri qiyməti 20000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.
Qeyd edək ki, son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qəhvə dənəcikləri, arxiv - Sputnik Azərbaycan, 1920, 12.04.2024
CƏMİYYƏT
Diyetoloq qəhvənin orqanizm üçün mümkün təhlükələrini açıqlayıb
Xəbər lenti
0