Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan xüsusi təyinatlıları beynəlxalq təlimdə iştirak edirlər

© AR Ministry of DefenceKonya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Konya şəhərində Anadolu Ankası - 2024 beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
BAKI, 7 may — Sputnik. Türkiyənin Konya şəhərində "Anadolu Ankası – 2024" ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.
Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Xəbər lenti
0