Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Raket təlimləri Qərbin bəyanatları ilə bağlıdır - Peskov

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Cənub Hərbi Dairəsinin aviasiya, eləcə də dəniz qüvvələrinin, raket birləşmələrinin iştirakı ilə yaxın gələcəkdə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlanıb.
BAKI, 6 may — Sputnik. Rusiya tərəfindən elan edilmiş raket təlimləri Fransa Prezidenti Emmanuel Makron, Britaniya nümayəndələri və ABŞ Senatının nümayəndəsinin Ukraynaya hərbi kontingent göndərməklə əlaqəli bəyanatları ilə bağlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əslində bu, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatında hərtərəfli qeyd olunub. Məlumdur ki, söhbət cənab Makronun bəyanatından və Britaniya nümayəndələrinin bəyanatından gedir. Bilirsiniz, onlara ABŞ Senatının nümayəndəsi də qoşulmuşdu, səhv etmirəmsə, Ukraynaya silahlı qüvvələr göndərmək üçün hazırlıqdan və hətta niyyətindən danışırdılar. Yəni əslində NATO əsgərlərini Rusiya ordusunun qarşısına çıxarmaq istəyirlər" - Peskov deyib.

Rusiya Baş Qərargahı Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığına əsasən, qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığını artırmaq məqsədilə Cənub Hərbi Dairəsinin aviasiya, eləcə də dəniz qüvvələrinin, raket birləşmələrinin iştirakı ilə yaxın gələcəkdə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlanıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Federasiyası Baş Qərargahının təlimlərini Qərb liderlərinin son zamanlar davranışı və onların Ukrayna ərazisinə qoşun yeritmək niyyəti ilə bağlı bəyanatları ilə əlaqələndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0