Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycana daha çox hansı ölkələrdən turistlər gəlir?

Abunə olmaq
BAKI, 6 may — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycana 171 ölkədən 513,5 min turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% çoxdur.
Qeyd edilən rübdə turistlərin 28,7%-i Rusiyadan, 19,3%-i Türkiyədən, 7,2%-i İrandan, 4,8%-i Gürcüstandan, 3,2%-i isə Qazaxıstandan gəlib.
AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycana Fars körfəzi ölkələrindən turist axını 1,5 dəfə artaraq 91,4 min nəfər, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən 1,6 dəfə artaraq 18,6 min nəfər, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən isə 31% artaraq 198,3 min nəfərə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0