CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 may – FOTO

© Sputnik3 may
3 may - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 3 may — Sputnik. Mayın 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 3-də kimlər dünyaya gəlib?
Binq Krosbi (1903-1977) - amerikalı müğənni və aktyor, ABŞ tarixinin ən uğurlu ifaçılarından biridir. O, 1944-cü ildə "Öz yolunda getmək" musiqili dramında ən yaxşı kişi roluna görə "Oskar" qazanıb.
© AP Photo / Don BrinnBinq Krosbi
Binq Krosbi - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Binq Krosbi
Ceyms Braun (1933-2006) - amerikalı müğənnidir. O, 50 illik karyerasında bir neçə musiqi janrının inkişafına təsir göstərib.
© AP Photo / Kevork DjansezianCeyms Braun
Ceyms Braun - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Ceyms Braun
Məryəm Mirzəxani (1977-2017) - İran və ABŞ riyaziyyatçısıdır. O, 2014-cü ildə "Filds" mükafatına layiq görülüb və bu mükafatı alan ilk qadın olub.
© Photo : Stanford UniversityMəryəm Mirzəxani
Məryəm Mirzəxani - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Məryəm Mirzəxani
İda Qaliç (1990) - rusiyalı teleaparıcı, müğənni, videoblogerdir. O, "Oryol i Reşka. Rusiya", "Revizorro" və s. proqramların aparıcısı olub.
© Sputnik / Екатерина Чесноковаİda Qaliç
İda Qaliç - Sputnik Azərbaycan, 1920, 02.05.2024
İda Qaliç
Mayın 3-də dünyada baş verən tarixi hadisələr
1101-ci ildə rusiyalı knyaz Vladimir Monomax Smolenskdə Tanrı Anasının Smolensk ikonasının yerləşdiyi Uspen kilsəsinin təməlini qoyub.
1905-ci ildə amerikalı ixtiraçı və "Parker Pen Company" şirkətinin qurucusu Corc Parker rezin kisə olan mexaniki mürəkkəb dəsti sistemi ilə ilk yazılı qələmini patentləşdirib.
1993-cü ildən BMT Baş Assambleyasının qərarı ilə təsis edilmiş Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir.
1994-cü ildən Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə Ümumdünya Günəş Günü qeyd edilir. Təşkilatçılar diqqəti bərpa olunan enerji mənbələrindən istifadə imkanlarına cəlb etmək məqsədi daşıyıblar.
Xəbər lenti
0