Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə məktəbdə daha bir bıçaqlanma

© Sputnik / Murad Orujovbıçaqlanma
bıçaqlanma - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov isə Gəncədə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxsin saxlanıldığını söyləyib.
BAKI, 3 may — Sputnik. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəbdə bıçaqlanma faktını təsdiqləyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, İdarənin yaydığı məlumatda bildirilir ki, mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.

"Baş vermiş hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, məktəb rəhbərliyi və kollektivi insident zamanı xəsarət almış şagirdə baş çəkib, vəziyyəti ilə maraqlanıb. Şagirdin vəziyyəti yaxşı olaraq qiymətləndirilir" - məlumatda bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov isə Gəncədə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxsin saxlanıldığını söyləyib.
Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R.İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S.İsayev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdən kənarda, dünən saat 15:00 radələrində baş verib.
Onu da bildirək ki, bu Gəncədə məktəblərdə baş vermiş ilk hadisə deyil. Bu ilin aprel ayında Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0