CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 1 may – FOTO

© Sputnik1 may
1 may - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 1 may — Sputnik. Mayın 1-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 1-də kimlər dünyaya gəlib?
Mais Ağabəyov (1941 - 2020) - Azərbaycan Respublikasının xalq rəssamıdır. O, 1969-cu ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Rəssam "Nəsimi", "Babək", "Çalış, nəfəs alma", "Nizami", "Dağıdılmış körpülər", "Gümüşgöl əfsanəsi" və s. filmlərin quruluşçu rəssamı olub.
© Sputnik / Public DomenMais Ağabəyov
Mais Ağabəyov  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Mais Ağabəyov
Nazim Əhmədli (1953) - Azərbaycan yazıçısı, tərcüməçi və 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçısı hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində çalışır.
© Photo : Public Domen Nazim Əhmədli
 Nazim Əhmədli - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Nazim Əhmədli
Fyodor Xitruk (1917 - 2012) - Sovet və Rusiya rejissoru, rəssamı və SSRİ xalq artistidir. O, "Vinni Pux" haqqında üç cizgi filminin müəllifi olmaqla yanaşı, "Bonifatsın sərgüzəştləri", "Emelya haqqında nağıl", "Milçək Tsokotuxa" və s. cizgi filmləri də çəkib.
© Sputnik / Сергей Иванов Fyodor Xitruk

Fyodor Xitruk  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Fyodor Xitruk
Viktor Astafyev (1924 – 2001) - Sovet və Rusiya yazıçısı, dramaturqu və ssenaristdir. "Aşırım", "Ulduz axını", "Oğurluq" və s. povestlər onun ən məşhur əsərləridir.
© Sputnik / Рудольф Кучеров Viktor Astafyev

Viktor Astafyev - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Viktor Astafyev
Sergey Zaxarov (1950 – 2019) - Sovet və Rusiya müğənnisi, aktyoru və RF xalq artistidir. O, Rusiya romantik musiqisi proqramı, P.Çaykovskinin, S.Raxmaninovun, M.Qlinkinin və M.Musorqskinin əsərləri ilə çıxış edərək 43 ölkədə qastrol səfərində olub.
© Sputnik / Юрий СомовSergey Zaxarov
Sergey Zaxarov  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Sergey Zaxarov
Ceymi Dornan (1982) - ingilis aktyor, model və musiqiçidir. O, "Bozun əlli çaları" filmindəki Kristian Qrey rolu ilə tanınıb.
Mayın 1-də dünyada baş verən tarixi hadisələr
1682-ci ildə XIV Lüdovik Paris Rəsədxanasının təntənəli şəkildə açılışını edib.
1707-ci ildə vahid parlament və mərkəzi hökumətlə Böyük Britaniya Birləşmiş Krallığının tərkibinə daxil olan Şotlandiya və İngiltərə Birliyi Müqaviləsi imzalanıb. XIII əsrdə yaradılan Şotlandiya Parlamenti ləğv edilib, lakin ölkə ingilis qurumuna nümayəndələr seçmək hüququ qazanıb.
1840-cı ildə rəsmi olaraq poçt markaları İngiltərədə satışa çıxıb. Bu markalar Kraliça Viktoriyanın portreti ilə buraxılıb. Bununla əlaqədar olaraq 1 may poçt markasının günü kimi qeyd olunur.
© AR Ministry of Transport, Communications and High Technologies"Könüllülər ili”nə həsr olunmuş poçt markası
Könüllülər ili”nə həsr olunmuş poçt markası  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
"Könüllülər ili”nə həsr olunmuş poçt markası
1886-cı ildə amerikalı işçilər tətil edərək səkkiz saatlıq iş günü tələbini irəli sürüblər. Bu tətil və nümayiş daha sonra polis qarşıdurmaları və qan tökülməsi ilə başa çatıb. Üç il sonra II İnternasionalın Paris Konqresi işçilərin bu mitinqinin xatirəsinə hər il mayın 1-də zəhmətkeşlərin nümayişlərini keçirmək qərarına gəlib. Beləliklə, Əmək Günü (Beynəlxalq Zəhmətkeşlər Günü də adlanır) yaranıb.
1945-ci ildə Qırmızı Ordunun hərbçiləri Aleksey Berest, Mixail Yeqorov və Meliton Kantariya tərəfindən Berlində Reyxstaq üzərində Qələbə bayrağı qaldırılıb.
© Sputnik / Vladimir Grebnev / Mediabanka keçidBerlində Reyxstaq üzərində Qələbə bayrağı
Боец Красной армии водружает Знамя Победы на поверженном Рейхстаге, 2 мая 1945 года - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Berlində Reyxstaq üzərində Qələbə bayrağı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0