DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə terror aktının qarşısı alındı - həbs olunanlar var

© AP Photo / Emrah GurelTürkiyədə
Türkiyədə - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Nazir daha əvvəl bildirmişdi ki, 2023-cü il iyunun 1-dən aprelin 22-dək İslam Dövləti ilə əməkdaşlıqda təqribən üç min şübhəli şəxs saxlanılıb, onlardan 718-i həbs edilib.
BAKI, 29 aprel — Sputnik. İstanbulda "İslam Dövləti" (İD, Rusiya Federasiyasında qadağan olunmuş) terror qruplaşması adından terror aktı hazırlamaqda şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
"Beykoz rayonunda keçirilən əməliyyat nəticəsində partlayıcı maddələr barədə məlumatlı K. A. saxlanılıb. Onun terror aktı hazırladığı və bomba istehsalında istifadə edilən kimyəvi maddələri sınaqdan keçirdiyi müəyyən edilib", - Yerlikaya bildirib.
Onun sözlərinə görə, ələ keçirilən partlayıcılar irimiqyaslı partlayışa səbəb ola bilərdi.
Nazir qeyd edib ki, partlayıcı mütəxəssisi ilə əlaqəsi olan daha 7 nəfər saxlanılıb.
Nazir daha əvvəl bildirmişdi ki, 2023-cü il iyunun 1-dən aprelin 22-dək İslam Dövləti ilə əməkdaşlıqda təqribən üç min şübhəli şəxs saxlanılıb, onlardan 718-i həbs edilib.
Xəbər lenti
0