DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO heç vaxt Rusiyaya qarşı tələ qurmayıb - Blinken

© AP Photo / Sergei GritsABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, NATO heç vaxt Rusiyaya qarşı plan qurmayıb və bunu etməyəcək.
BAKI, 29 aprel — Sputnik. Əvvəl də qeyd etdiyim kimi, NATO-nun Rusiya ilə bağlı heç bir planı yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bunu ABŞ diplomatiyasının rəhbəri Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Blinken Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq hüquqa uyğun danışıqlara razı olacağına ümid etdiyini bildirib.
"Ümid edirəm ki, Rusiya beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasında duran əsas prinsiplərə uyğun olaraq səmimi danışıqlara hazır olduğunu nümayiş etdirəcək", - Blinken deyib.
Son illərdə Rusiya NATO-nun qərb sərhədlərində görünməmiş aktivliyinə diqqət çəkir. Rəsmi Kreml bəyan edir ki, NATO təşəbbüslərini genişləndirir və bunu "Rusiya təcavüzünün qarşısının alınması" adlandırır. Moskva dəfələrlə Avropada ittifaq qüvvələrinin güclənməsindən narahatlığını bildirib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də səssiz qalmayacaq. Moskva dəfələrlə NATO-nun fəaliyyətinin qarşıdurma məqsədi daşıdığını qeyd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, blokun daha da genişlənməsi Avropaya daha böyük təhlükəsizlik gətirməyəcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva NATO ilə dialoqa açıqdır, lakin Qərb qitənin hərbiləşdirilməsi kursundan əl çəkməlidir.
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın NATO ölkələrinə hücum etmək fikrində olmadığını, bunun heç bir mənası olmadığını ətraflı izah edib. Rusiya lideri qeyd edib ki, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi olaraq öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxudurlar, lakin ağıllı insanlar bunun yalan olduğunu çox yaxşı başa düşürlər. Putin əlavə edib ki, Qərb ölkələri Rusiyanın Ukrayna ilə münaqişədə strateji məğlubiyyətinin qeyri-mümkün olduğunu başa düşməyə başlayıblar, ona görə də Rusiya Federasiyası dialoqa hazır olduğu məqamda, növbəti addımları barədə düşünməlidirlər.
Xəbər lenti
0