DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiyevə yardım münaqişəni uzadacaq və qurbanların sayını artıracaq

© AFP 2023 / ARIS MESSINISKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Slovakiyanın baş naziri qeyd edib ki, Qərbin ayırdığı vəsait havaya sovrulacaq.
BAKI, 29 aprel — Sputnik. Qərbin Ukraynaya hərbi yardımı münaqişəni həll etməyəcək, sadəcə olaraq onu uzadacaq və yeni qurbanlara səbəb olacaq.
Bunu Slovakiyanın baş naziri Robert Fitso "Joj24" telekanalına müsahibəsində bildirib.
Siyasətçi əlavə edib ki, o, hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olacaq.
"Mən həmişə sülh yolu ilə həllə və nəyin bahasına olursa olsun atəşkəsə üstünlük verəcəm", – Fitso sözünə davam edib.
O qeyd edib ki, Qərbin ayırdığı vəsait havaya sovrulacaq.
Bundan əvvəl Slovakiyanın baş naziri bildirib ki, bu ölkə heç vaxt Ukraynanı NATO-ya qəbul etməyə razı olmayacaq, Rusiya isə heç vaxt Krımı və Donbası Ukraynaya qaytarmayacaq.
Xəbər lenti
0