Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

© Sputnik / Murad OrujovПожар на территории рынка строительных материалов на проспекте Зии Буниятова Бинагадинского района
Пожар на территории рынка строительных материалов на проспекте Зии Буниятова Бинагадинского района - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.
BAKI, 16 may - Sputnik. Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m. olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.
Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.
Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.
02.19
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın yerinə 8 yanğınsöndürmə avtomobili, 3 xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib.
Bunu "Report"a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb və hazırda tam söndürülmə işləri görülür:
“Xəsarət alan insanlar barəsində hələ ki, heç bir məlumat daxil olmayıb. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək”.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.
Bu barədə FHN-dən məlumat verilib.
Bidirilib ki, qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
Xəbər lenti
0