Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masazırda narkoanbar aşkarlandı, həbs edilənlər var

© AP Photo / Matt RourkeNarkotik, arxiv
Narkotik, arxiv - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.
BAKI, 16 aprel - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.
DİN-dən bildirilib ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.
Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
"R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər" - məlumatda qeyd olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
31.03.24, 13:58
Sərhədçilərimiz narkotik qaçaqmalçısını yaralayıb
Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.
Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
© Photo : State Border ServiceDövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərlərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.
Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.
Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
© Photo : State Border ServiceDövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
© Photo : State Border ServiceDövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb
Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0