Onu, demək olar ki, 32 milyon insan müşahidə edə bildi - bu və ya digər dərəcədə tutulma ABŞ-ın bütün ərazisini əhatə etdi. Ətraflı məlumat "Sputnik... 09.04.2024, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Dünən son illərin ən möhtəşəmlərindən biri olan tam Günəş tutulması baş verib. Tutulma Sakit okeanın şərq hissəsindən başlayıb. Tam faza Bakı vaxtı ilə saat 22:38-də əldə olunub. Aydan gələn kölgə şimal-şərqə doğru hərəkət edib və Meksika və ABŞ-ı boyu diaqonal olaraq - Texas, Arkanzas, Missuri, İndiana ştatlarından keçib. Sonra isə o, Kanadanın şərq sahilləri boyunca "yürüyüb". Tutulmanın maksimum fazasının ümumi müddəti 268 saniyə təşkil edib – bu, 2017-ci ildə ABŞ üzərindəki tutulmadan, təxminən iki dəqiqə çoxdur. Bu dəfəki Günəş tutulması 2024-cü ilin aprelində Ayın öz orbitində Yerə nisbətən yaxın bir nöqtədə olması ilə əlaqədardır və buna görə də o, xüsusilə böyük görünüb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Onu, demək olar ki, 32 milyon insan müşahidə edə bildi - bu və ya digər dərəcədə tutulma ABŞ-ın bütün ərazisini əhatə etdi. Ətraflı məlumat "Sputnik Azərbaycan"ın fotolarında.
BAKI, 9 aprel — Sputnik. Dünən son illərin ən möhtəşəmlərindən biri olan tam Günəş tutulması baş verib. Tutulma Sakit okeanın şərq hissəsindən başlayıb. Tam faza Bakı vaxtı ilə saat 22:38-də əldə olunub.
Aydan gələn kölgə şimal-şərqə doğru hərəkət edib və Meksika və ABŞ-ı boyu diaqonal olaraq - Texas, Arkanzas, Missuri, İndiana ştatlarından keçib. Sonra isə o, Kanadanın şərq sahilləri boyunca "yürüyüb".
Tutulmanın maksimum fazasının ümumi müddəti 268 saniyə təşkil edib – bu, 2017-ci ildə ABŞ üzərindəki tutulmadan, təxminən iki dəqiqə çoxdur.
Bu dəfəki Günəş tutulması 2024-cü ilin aprelində Ayın öz orbitində Yerə nisbətən yaxın bir nöqtədə olması ilə əlaqədardır və buna görə də o, xüsusilə böyük görünüb.