CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə qədər boşanma halı qeydə alınıb?

© AFP 2023 / SAFIN HAMED Boşanma
 Boşanma - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb.
BAKI, 18 may — Sputnik. Bu il Azərbaycanda nikaha girən və boşananların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Xatırladaq ki, ötən ilin ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19141 nikaha daxilolma və 6745 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0