SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

© Photo : MFAAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
XİN rəhbərinin mayın 4-5-də Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı nəzərdə tutulur.
BAKI, 3 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində C.Bayramovun mayın 4-5-də Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
İƏT-nin yaranmasından bu yana müxtəlif üzv ölkələr tərəfindən XIV zirvə toplantısı təşkil olunub. XV Sammit “Dayanıqlı inkişaf üçün birliyin və həmrəyliyin gücləndirilməsi” mövzusunda keçiriləcək.
Sammitdə İslam dünyasının üzləşdiyi çƏtinliklƏr, nizamnamədə müəyyən edilmiş ümumi məqsədlərə nail olmaq üçün üzv ölkələr arasında əməkdaşlıq və həmrəyliyin artırılması, kiçik və orta sahibkarlığın canlandırılması kimi məsələlər müzakirə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0