Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimindən görüntülər - FOTO

© Photo : AZƏRTACBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Bakıda ilk dəfə keçirilən turnirdə 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir
BAKI, 3 may - Sputnik. Azərbaycan paytaxtında ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
© Photo : AZƏRTACBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
© Photo : AZƏRTACBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.
© Photo : AZƏRTACBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə AğamirovaKamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.
© Photo : AZƏRTACBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0