CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda MDB iştirakçısı olan ölkələrin İnformşurasının iclası keçiriləcək

© Sputnik / Murad OrujovMətbuat konfransı, arxiv
Mətbuat konfransı, arxiv - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.
BAKI, 3 may — Sputnik. Bu gün Bakıda MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXXI iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, iclasda tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri, eləcə də növbəti il Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasına hazırlıqla bağlı peşəkar qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Görüşdə MDB-nin inteqrasiya birliyi kimi möhkəmləndirilməsi, Birlik çərçivəsində iqtisadi, mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mövzuların işıqlandırılmasında əməkdaşlığın müzakirəsi də diqqət mərkəzində olacaq.
İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.
Həmçinin jurnalist mübadiləsi proqramlarının inkişafı və ixtisasartırma kurslarının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı planlaşdırılır.
MDB İnformasiya Şurası 1995-ci ildə yaradılıb. Onun üzvlərinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir. Şuraya TASS-ın baş direktoru Andrey Kondraşov rəhbərlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0