Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Avrasiya İqtisadi Birliyi ölkələrinə təzə heyva ixrac edir

© Sputnik / Ismail RafigogluHeyva satışı, arxiv
Heyva satışı, arxiv - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Qeyd edək ki, bu ilin yanvar-fevral Azərbaycanın cəmi təzə heyva ixracının 90,7%-i Rusiyanın payına düşüb. Ölkəmizdən Rusiyaya 1 ton heyvanın orta ixrac qiyməti 1807 manat olub.
BAKI, 1 may — Sputnik. Azərbaycan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə heyva ixrac edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan:
-Rusiyaya 276 ton,
-Qazaxıstana 6,5 ton təzə heyva ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral Azərbaycanın cəmi təzə heyva ixracının 90,7%-i Rusiyanın payına düşüb. Ölkəmizdən Rusiyaya 1 ton heyvanın orta ixrac qiyməti 1807 manat olub.
Hesabat dövründə Azərbaycandan cəmi 317 min dollar dəyərində 305 ton təzə heyva xaricə göndərilib.
Xatırladaq ki, meyvəsindən cem, marmelad, şirə və. s məmulatların hazırlanmasında istifadə olunur. Heyva C vitamini ilə zəngin olduğu üçün həm maddələr mübadiləsini sürətləndirir, həm də orqanizmin immunitetini gücləndirərək xəstəliklərə qarşı müqavimətini artırır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi zonası heyvan istehsalının 29%-ni təşkil edir. Heyva sortları Azərbaycanda olduqca çoxdur. Respublikamızda əsasən "Cardam", "Qara heyva", "Qaraman heyva", "Sarı heyva", "Pensər", "Vələçin" sortları becərilir.
Heyva cənub, mülayim qurşaq bitkisi olduğundan istiyə tələbkardır. Lakin, cənub bitkilərinin çoxundan şaxtaya daha davamlıdır. Təsadüfi deyil ki, heyvanın bir sıra sortları Həştərxan və Volqoqrad vilayətlərində müvəffəqiyyətlə becərilir.
Işığa və rütubətə tələbkardır. Heyva yaxşı rütubətlənmiş gillicəli torpaqları çox sevir. Yüngül torpaqlarda məhsula tez düşür, lakin məhsuldarlıq aşağı olur. Münbit, ağır torpaqlarda isə məhsula gec düşməsinə baxmayaraq uzun müddət və bol məhsul verir.
Xəbər lenti
0