Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ indi də Yaponiya ilə Rusiyanın arasını vurur

© AP Photo / Evan VucciВид на Белый дом
Вид на Белый дом - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi deyir ki, ABŞ Yaponiyanı təhrik edir ki, nüvə qeyri-sabitliyinə görə Rusiya Federasiyasını ittiham etsin.
BAKI, 1 may — Sputnik. 79 il əvvəl Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom bombası ilə bombalayan ABŞ indi Tokionu Rusiyanı nüvə qeyri-sabitliyində ittiham etməyə təhrik edir. Bunu Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Xirosimanı və Naqasakini nüvə silahı ilə bombalanması nəticəsində minlərlə, yüz minlərlə insanın həyatı məhv edildi. İndi isə bunu törətmiş ABŞ Yaponiyanı təhrik edir ki, nüvə qeyri-sabitliyinə görə Rusiya Federasiyasını ittiham etsin" - Zaxarova deyib.

6 və 9 avqust 1945-ci ildə ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom bombası ilə bombalayıb. Faciənin qurbanlarının ümumi sayı 450 min nəfərdən çoxdur və sağ qalanlar hələ də radiasiyanın təsirindən yaranan xəstəliklərdən əziyyət çəkirlər. Son məlumatlara görə, onların sayı 183 519 nəfərdir. Bu hücumlar bəşəriyyət tarixində nüvə silahından döyüş istifadəsinin yeganə nümunəsidir. ABŞ bu cür hərəkətləri "hərbi zərurət" kimi əsaslandıraraq hələ də öz mənəvi məsuliyyətini qəbul etmir.
Xəbər lenti
0