Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət

© AFP 2023 / DIMITAR DILKOFFЗдание Министерства иностранных дел Российской Федерации, фото из архива
Здание Министерства иностранных дел Российской Федерации, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Rusiya XİN-in rəsmi nümayəndəsi deyib ki, razılaşmalar dayanıqlı, balanslaşdırılmış və qarşılıqlı məqbul xarakter daşımalıdır.
BAKI, 25 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası daxil olmaqla, bütün məsələlərin istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəklədiyini vurğulayıb.
"O mövqedən çıxış edirik ki, razılaşmalar dayanıqlı, balanslaşdırılmış və qarşılıqlı məqbul xarakteri daşımalıdır. Onlar regionda davamlı sülhə nail olunmasına xidmət etməlidir. Biz tərəflərə bundan sonra da delimitasiya ilə bağlı üçtərəfli razılaşmalar əsasında məsləhətçi yardımı göstərməyə hazır olduğumuzu təsdiqləyirik" - Rusiya XİN sözçüsü qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0